Bütün xəbərlər
Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq
Tarix: 29-03-2019 15:29 | Bölmə: Karusel

                               


Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürüb.
"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançılarından kişilərin və qadınların mübarizəsində hərəyə 4 cüdoçu tatami üzərinə çıxıb.
Bunlardan yalnız İsmayıl İbrahimov (66 kq) nisbətən uğurlu çıxış edib. İbrahimov yarımfinal mərhələsində İsrail təmsilçisi Tal Flikerə passiv güləşdiyinə görə cərimə xalları hesabına məğlub olub. O, turnirdə bürünc medal uğrunda görüşə çıxacaq.
Bu gün kişilərin yarışında mübarizəyə qoşulan Tofiq MəmmədovBalabəy Ağayev (hər ikisi 60 kq) və İlkin Babazadə medal qazana bilməyib. Qadınların yarışında isə Ayşə QurbanlıƏliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) uğursuz çıxış ediblər.
Sabah Azərbaycan cüdoçularından kişilərdə Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), qadınlarda isə Fatma Özərdim (70 kq) mübarizəyə qoşulacaq. Nəhayət, martın 31-də Abdulhəqq RəsulluƏliömər Tumayev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq. 



Baxış sayı: 403


Bölməyə aid digər xəbərlər