Bütün xəbərlər
Rusiya Federasiyasının 16 regionunda keçirilən qubernator seçkilərinin qalibləri məlum olub
Tarix: 15-09-2025 10:04 | Bölmə: Karusel

Rusiyanın səsvermənin keçirildiyi 20 regiondan 16-da qubernator seçkilərinin qalibləri məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Perm diyarında məntəqə seçki komissiyalarının protokollarının 100%-i işləndikdən sonra 70%-dən çox səs toplayaraq, regionun hazırkı rəhbəri Dmitri Maxonin qalib gəlib.
Bryansk vilayətində hazırkı qubernator Aleksandr Boqomaz (78,78%) qalib gəlib. Sverdlovsk vilayətində qubernator səlahiyyətlərini icra edən Denis Pasler (61,3%) qalib gəlib. Kurskda bölgənin rəhbəri Aleksandr Xinşteyn (86,92%) seçilib. Yəhudi Muxtar Vilayətində isə regionun rəhbəri vəzifəsini müvəqqəti icra edən Mariya Kostyuk (83,02%) olub. Kamçatka diyarının hazırkı qubernatoru Vladimir Solodov vahid səsvermə gününün nəticələrinə görə 62,97 faiz səs toplayıb. Arxangelsk vilayətində seçicilərin 67,32 faizi respublika başçısı vəzifəsini icra edən Aleksandr Tsıbulskiyə səs verib.
Sevastopolda isə şəhərin qubernatoru vəzifəsini icra edən Mixail Razvozjayev vilayət rəhbəri olub (81,72%). Leninqrad vilayətində qubernator səlahiyyətlərini icra edən Aleksandr Drozdenko 84,21 faiz səs toplayıb. Orenburq vilayətində Yevgeni Solntsev qalib gəlib (83,85%). Komidə seçicilərin 70,04%-i respublika başçısı vəzifəsini icra edən Rostislav Qoldşteynə səs verib.
Kostroma və İrkutsk vilayətlərində, eləcə də Çuvaşiyada qubernator səlahiyyətlərini icra edən Sergey Sitnikov (67,63%), İqor Kobzev (60,79%) və Oleq Nikolayev (67,06%) seçkilərdə qalib gəlib. Novqorod və Tambov vilayətlərində qubernator səlahiyyətlərini icra edən Aleksandr Dronov (62,19%) və Yevgeni Pervışov (73,84%) vilayət rəhbərləri olublar.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər