Bütün xəbərlər
"Shot": Moskva-Hurqada təyyarəsi mühərrikdəki yanğına görə məcburi eniş edib
Tarix: 14-09-2025 15:54 | Bölmə: Karusel

Moskvadan Hurqadaya uçan təyyarənin Vnukovo hava limanında havaya qalxması zamanı mühərriki yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Shot" Telegram kanalının yazdığına görə, insident sentyabrın 13-nə keçən gecə baş verib. Misirin Nesma Airlines aviaşirkətinin mühərriklərindən biri hündürlüyə qalxarkən yanıb. Təyyarə bir işləyən mühərriklə enə bildi.
Sərnişinlər hava limanının binasına qaytarılıb. Əvvəlcə aviaşirkətin nümayəndələri turistlərə otel təklif etsələr də, fikrindən daşınaraq yemək üçün 650 rublluq vauçerlər veriblər.
Sərnişinlər bir gün sonra kurorta uça biliblər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər