Bütün xəbərlər
Boks üzrə Avropa çempionu öldürülüb
Tarix: 13-09-2025 10:41 | Bölmə: Karusel

Omskda güllələnən boks üzrə Avropa çempionu Lovari Mixaylenko 1941-ci ildə hazırlanmış tapança ilə öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, güman olunduğuna görə, cinayətkar bu silahı qaranlıq şəbəkədə alıb, RİA Novosti-yə təhlükəsizlik güclərindəki mənbə bildirib.
İdmançının meyiti 4-cü Krımski prospektindəki mənzildə tapılıb. Qətldə boksçunun 23 yaşlı tanışı şübhəli bilinir. O, qaçmağa cəhd etsə də, Novosibirsk vilayətində saxlanılıb. Onun avtomobilinə baxış zamanı müstəntiqlər içərisində patronları olan tapança aşkar ediblər.
Həmin şəxs nəzarətə götürülüb. Faktla bağlı istintaq davam edir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər