Bütün xəbərlər
TASS: Elbrus kanat qəzasında ölənlər evli cütlük olub
Tarix: 12-09-2025 19:32 | Bölmə: Karusel

Kabardin-Balkarda Elbrus kanatında baş verən qəzada ər-arvad ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi xəbərə görə, 1960-cı il təvəllüdlü Tırnyauz sakini və 1990-cı il təvəllüdlü Mahaçqala sakini stullarının qayalara düşməsi nəticəsində ölümcül xəsarət alıblar.
Qəza cümə günü, sentyabrın 12-də baş verib. Əlverişsiz hava şəraitinə baxmayaraq, 9 nəfər yamacdan təxliyə edilib. Onların heç birinin tibbi yardıma ehtiyacı yoxdur.
Faktla bağlı cinayət işi açılıb. Faciənin dəqiq səbəblərini mütəxəssislər müəyyənləşdirməli olacaq.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər