Bütün xəbərlər
Solovyov ona sui-qəsd planlaşdıran şəxsin həbsini əks etdirən görüntüləri nümayiş etdirib
Tarix: 12-09-2025 19:23 | Bölmə: Karusel

Teleaparıcı Vladimir Solovyov ona sui-qəsd planlaşdıran Dimitrovqrad sakininin həbsini əks etdirən kadrları dərc edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, videoda Rusiya FSB əməkdaşları hücumçunun mənzilinə basqın edir, sonra onu oradan çıxarıb maşına mindirirlər.
FSB bu şəxsin 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa kimi Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Solovyova sui-qəsd planlaşdırdığını bildirib. Jurnalistin hərəkətləri ilə tanış olmaq üçün bir neçə dəfə Moskvaya getdi və Ulyanovskdakı evində müdafiə sənayesi müəssisələri haqqında məlumat topladı.
Şübhəlinin həbsini əks etdirən görüntülər Solovyovun Telegram kanalında yayımlanıb. Orada da bildirilib ki, o, hazırda həbsdədir və müstəntiqlər işin hallarını aydınlaşdırmaqda davam edirlər. Terror təşkilatı ilə əməkdaşlığa görə saxlanılan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər