Bütün xəbərlər
Gürcüstana gətirilən partlayıcılar Ukraynada SBU əməkdaşları tərəfindən sürücüyə təhvil verilib
Tarix: 12-09-2025 16:47 | Bölmə: Karusel

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Laşa Maqradze ölkəyə gətirilən partlayıcıların Ukrayna xüsusi xidmət orqanları tərəfindən sürücüyə təhvil verildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı Gürcüstanın hüquq-mühafizə orqanları Türkiyə vasitəsilə ölkəyə 2,4 kq heksogen partlayıcı gətirən Ukrayna vətəndaşlarını saxlayıb.
"Partlayıcılar Ukrayna xüsusi xidmət orqanları SBU tərəfindən Ukraynada yük maşınının sürücüsünə təhvil verilib", - Maqradze bildirib. Onun sözlərini TASS sitat gətirir.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin sözlərinə görə, araşdırma nəticəsində müəyyən edilib ki, son yer Tbilisinin ən qədim rayonu olan Avlabaridəki yaşayış binalarından biridir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər