Bütün xəbərlər
20 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 11-09-2025 20:50 | Bölmə: Karusel

Rostov-na-Donuda məhkəmə Qaraçay-Çərkəz sakininin respublika üzrə UFSB-nin binasında terror aktı hazırlamaq işi üzrə hökm çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə materiallarına görə, həmin şəxs 2021-2022-ci illərdə terrora çağırış edən videolar yayıb. 2023-cü ildə müttəhim "İD" beynəlxalq terror təşkilatının (Rusiyada qadağan olunmuş) üzvü ilə yazışmalara girib.
Daha sonra göstərişə əsasən təqsirləndirilən şəxs respublikanın rayonlarından birində terror aktı törətməli idi. Həmin şəxs partlayıcı maddələr hazırlayıb və onları UFSB-nin Qaraçay-Çərkəz üzrə departamentinin binası yaxınlığında yerləşdirməyi planlaşdırıb, lakin saxlanılıb.
Cənub Rayon Hərbi Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs 20 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib. O, ilk 5 ilini həbsdə çəkəcək. O, həmçinin 300 min rubl cərimə olunub.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər