Bütün xəbərlər
Giorgio Armaninin gizli vəsiyyətləri İtaliyada açıldı
Tarix: 11-09-2025 20:47 | Bölmə: Karusel

Sentyabrın 4-də dünyasını dəyişən Armani şirkətinin yaradıcısı, modelyer Giorgio Armani bu ilin əvvəlində gizli şəkildə iki vəsiyyət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ANSA Milan notariat arxivinin məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, kuturye birinci vəsiyyətnaməni martın 15-də, ikincini isə aprelin 5-də edib. Armani bunları şəxsən yazıb və möhürləyib.
Notarius hər iki sənədi sentyabrın 9-da açıb. Onların məzmunu hələ ki, açıqlanmayıb.
Giorgio Armani sentyabrın 4-də vəfat edib.Onun 91 yaşı var idi. Modelyerin birbaşa varisləri yoxdur.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər