Bütün xəbərlər
Pamfilova: "Moskvada 8 istintaq təcridxanasında ilk dəfə elektron səsvermə tətbiq olunacaq"
Tarix: 11-09-2025 12:58 | Bölmə: Karusel

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, sentyabrda Rusiyada ilk dəfə olaraq istintaq təcridxanalarında seçicilər üçün elektron səsvermə tətbiq olunacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eksperiment Moskvanın səkkiz istintaq təcridxanasında keçiriləcək.
"Moskvanın səkkiz istintaq təcridxanasında portativ terminallardan istifadə etməklə elektron səsvermə ilk dəfə tətbiq olunacaq. Biz müzakirə etdik ki, bunlar çox rahat cihazlardır", - MSK-nın informasiya mərkəzində çıxış edən Pamfilova deyib.
O qeyd edib ki, istintaq təcridxanalarında olan şəxslər hələ də məhkum olunmayıb, bu da onların seçkilərdə səsvermə hüququna malik olması deməkdir.
Pamfilova gələcəkdə də belə səsvermə təcrübəsinin yayılacağına ümid etdiyini bildirib.
Pamfilova daha əvvəl qeyd edib ki, Rusiyada 2025-ci il sentyabrın 12-14-də keçiriləcək Vahid Səsvermə Günü genişmiqyaslı olacaq. 49,5 mindən çox seçki məntəqəsində müxtəlif səviyyələrdə seçkilər keçiriləcək.



Baxış sayı: 445


Bölməyə aid digər xəbərlər