21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Naməlum şəxslər “Əbədi məşəl”də yumurta bişiriblər
Tarix: 09-09-2025 12:05 | Bölmə: Karusel

Rusiya Federasiyasının vilayət üzrə İstintaq Komitəsinin məlumatına görə, Çelyabinsk vilayətində Sosnovskaya rayonunda “Əbədi məşəl”in təhqir olunması ilə bağlı cinayət işi açılıb – naməlum şəxslər memorialda yumurta qızardıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl yerli KİV-lər avqustun 25-də səhər saatlarında Dolqoderevenskoye qəsəbə administrasiyasının əməkdaşlarının Əbədi məşəl üzərində yumurta bişirmə izləri və səpələnmiş qabıqlar aşkar etdikləri barədə məlumat vermişdilər. Bundan sonra onlar polis və prokurorluğa müraciət ediblər. Vandallar axtarılır.
Rusiyanın hərbi şöhrət rəmzlərinin kütləvi şəkildə təhqir edilməsi maddəsi ilə cinayət işi açılıb.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər