Bütün xəbərlər
Kiyevdə Ukrayna hökumət binasında 1 min kvadratmetr sahədə yanğını 400 nəfər söndürür
Tarix: 07-09-2025 11:31 | Bölmə: Karusel

Ukrayna hökumət binasında baş verən yanğın min kvadratmetrdən çox ərazini əhatə edib, onun söndürülməsinə 400 xilasedici cəlb olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko məlumat verib.
"Xilasedicilər 1 min kvadratmetrdən çox ərazidə yanğını lokallaşdırıb və söndürməyə davam edirlər", - RBC-Ukrayna agentliyi departament rəhbərindən sitat gətirir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 100-ə yaxın texnika, o cümlədən helikopterlər cəlb olunub.
Sentyabrın 7-də səhər saatlarında Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin Peçersk rayonunda “hökumət binasında yanğın baş verib”.
Bundan əvvəl Ukrayna mediası və yerli administrasiyaların nümayəndələri hava hücumu həyəcanı fonunda partlayışlar barədə yazmışdılar. Belə ki, onların məlumatına görə, partlayışlar Kiyev, Krivoy Roq, Xarkov, Dnepropetrovsk və Odessa vilayətlərində baş verib. SHOT Telegram kanalının verdiyi məlumata görə, vurulan pilotsuz təyyarə Ukrayna baş nazirinin istifadə etdiyi binanın yuxarı mərtəbəsinə düşə bilərdi.



Baxış sayı: 531


Bölməyə aid digər xəbərlər