Bütün xəbərlər
Taekvondo üzrə dünya çempionu həbs edilib
Tarix: 07-09-2025 11:12 | Bölmə: Karusel

Taekvondo üzrə dünya çempionu Emin Çetinbaq Moskvada kriptovalyuta investorlarından pul tələb etdiyinə görə həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, dövlət hakimiyyəti əleyhinə iki cinayət və iki dələduzluq maddəsi ilə ittiham olunub.
Bu barədə RİA Novosti məhkəmə materiallarına istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, Çetinbağ bir neçə keçmiş polisin də daxil olduğu cinayətkar qrupun tərkibində olub. Qrup 2025-ci ilin fevral ayından fəaliyyət göstərirdi.
Çətinbağ zərərçəkmişlərlə tanışlığından istifadə edərək onları məclislərə cəlb edib. Bundan sonra cinayət ortaqları özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək, törədilmiş cinayətlər, o cümlədən terror fəaliyyətinə kömək göstərilməsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirəcəkləri ilə hədələyərək pul tələb ediblər.
Zərərçəkənlərə dəyən ümumi zərər 4 milyon rublu ötüb. Axtarışda olanlardan başqa, iş üzrə təqsirləndirilən şəxslərin hamısı həbs edilib.




Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər