21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Bakı sakininin açıq talama yolu ilə 4500 manatı aparılıb
Tarix: 28-03-2019 11:52 | Bölmə: Karusel

        

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.
9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb.
Araşdırma aparılır.








Baxış sayı: 718


Bölməyə aid digər xəbərlər