Bütün xəbərlər
Özbəkistanda oxunan kitablara görə həbs müddəti azaldılacaq
Tarix: 04-09-2025 15:57 | Bölmə: Karusel

Özbəkistan Senatı xüsusi təsdiq edilmiş siyahıdan oxunan hər kitaba görə həbs müddətinin üç gün azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublika parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qanuna görə, komissiya hər oxunan kitaba görə həbs müddətini üç gün, lakin ildə 30 gündən çox olmayaraq azalda bilər. Kitab məhkumlarda yüksək mənəvi dəyərlərin formalaşmasına yönəlmiş ədəbiyyat siyahısına daxil edilməlidir. Bu siyahını Respublika Mənəviyyat və Maarifçilik Mərkəzi təsdiq edir. Kitab oxumaq faktı təsdiqlənməlidir.
Qanun yalnız şərti olaraq vaxtından əvvəl azad oluna bilən məhkumlara şamil edilir, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə şamil edilmir.
Yeni qanunun cəzaçəkmə yerlərində olan 13,5 mindən çox məhbusu əhatə edəcəyi gözlənilir.
Bundan əvvəl Rusiyanın Federal Penitensiar Xidməti məhkumlar arasında ən populyar kitabların siyahısını tərtib edib. Birinci yerdə Mixail Bulqakovun “Ustad və Marqarita” romanı qərarlaşıb. İkinci və üçüncü yerləri müvafiq olaraq “Cinayət və Cəza” və “Qraf Monte Kristo” tutub.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər