Bütün xəbərlər
London Kadırovun anası və atasının fonduna qarşı sanksiyalar tətbiq edib
Tarix: 03-09-2025 14:52 | Bölmə: Karusel

Böyük Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyaları İdarəsi Londonun məhdudiyyətlər tətbiq etdiyi şəxslər və təşkilatların yeni siyahısını dərc edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəddə Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovanın adı çəkilir.
“Axmat Kadırov adına İctimai Fond” xeyriyyə təşkilatına da sanksiyalar tətbiq edilib. Onun sədri Aymani Kadırovadır.
Məhdudiyyətlər Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayevə də təsir edib.
Sənəddə deyilir: “Aşağıdakı şəxslər birləşdirilmiş siyahıya əlavə edilib və indi aktivlərin dondurulması və etibar xidmətlərinin göstərilməsi qadağası tətbiq olunacaq".
2024-cü ilin əvvəlində Avropa Birliyi də Aimani Kadırovanı sanksiya siyahısına daxil etmişdi. Çeçenistan rəhbəri bunu hədiyyə adlandırıb və Qərbin reaksiyasını anasının Ukraynadakı xüsusi hərbi əməliyyatı fəal şəkildə dəstəkləməsi ilə izah edib.



Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər