Bütün xəbərlər
Məktəbli qız üzünə alovlu silahla açılan atəş nəticəsində yaralanıb
Tarix: 03-09-2025 11:18 | Bölmə: Karusel

Sankt-Peterburqun Krasnoselski rayonunda 14 yaşlı məktəbli qızın alovlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Peterburq Polisi” Telegram kanalı məlumat yayıb. Qeyd olunur ki, hadisə sentyabrın 2-də axşam saatlarında Veteranlar prospektindəki uşaq meydançasında baş verib.
Termik yanıq və ikitərəfli eşitmə itkisi olan zərərçəkmiş xəstəxanaya təkbaşına müraciət edib, vəziyyəti orta-ağır olaraq xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, tanıdığı 15 yaşlı yeniyetmə alovlu tapança ilə onun üzünə atəş açıb.
Atıcı polisə izah edib ki, silahı bazardan alıb və dostlarına nümayiş etdirərkən bilmədən atəş açıb. Hadisədən sonra o, silahı yerə atıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər