Bütün xəbərlər
Köln şəhərində 500 kq ağırlığında bomba tapılıb
Tarix: 28-03-2019 09:14 | Bölmə: Karusel

                              


Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəri olan Kölndə İkinci Dünya Müharibəsindən qalmış aviabomba tapılıb.
"Report" xəbər verir ki, bu barədə "Kölnische Rundschau" nəşri məlumat yayıb. Qeyd olunub ki, aparılan tikinti işləri zamanı aşkar edilən və 500 kq ağırlığında olan bombanın detonatoru işlək olub.
Risk zonası 300 metr olub və bombanın zərərsizləşdirilməsi zamanı 2100 nəfər təxliyə edilib. Son məlumata görə, bomba uğurla zərərsizləşdirilib.



Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər