Bütün xəbərlər
Çin Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edir
Tarix: 02-09-2025 12:39 | Bölmə: Karusel

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib ki, Çin adi pasportu olan Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ruslar üçün vizasız rejim bu il sentyabrın 15-dən qüvvəyə minəcək.
"Çin və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da asanlaşdırmaq üçün Çin tərəfi vətəndaşlarının vizasız giriş hüququ olan ölkələrin sırasını genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək adi pasportlara malik Rusiya vətəndaşları üçün sınaq vizasız rejimi qüvvədə olacaq", - o bildirib.
Moskva və Pekinin 2025-ci ilin martında ölkələr arasında viza rejimini ləğv etmək istəyini səfirliyin müvəqqəti işlər vəkili Zhang Vei açıqlayıb. Bir il ərzində hər iki ölkənin hakimiyyəti üç və iki nəfərlik turist qrupları üçün vizasız gediş-gəlişin tətbiqi ilə bağlı danışıqlar aparıb.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər