Bütün xəbərlər
Putin Nepalın baş nazirini Rusiyaya səfərə dəvət edib
Tarix: 01-09-2025 20:22 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin görüşdə Nepalın baş naziri Khadgi Prasad Sharma Oli-ni Rusiyaya dəvət edib. Görüntülər “Rossiya 24” telekanalında nümayiş olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Nepala səfərin mümkünlüyünü istisna etməyib.
"Biz ölkəniz Nepala səfər etmək barədə düşünəcəyik. Amma biz sizin üçün əlverişli olan istənilən vaxt sizi Rusiyada görməyə həmişə şad olarıq", - Putin bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Şarma Oli ilə görüşdə Rusiya lideri Rusiya və Nepalın əsas sahələrdə əməkdaşlığı genişləndirə biləcəyinə işarə edib.
Bundan əvvəl Çində Rusiya prezidenti Tyantszin sammitində iştirak edən ölkələrin nümayəndələri ilə bir sıra danışıqlar aparıb.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər