Bütün xəbərlər
"Thaiger": Tayland Hərbi Dəniz Qüvvələri Phuket ərazi sularında Rusiya gəmisini ələ keçirib
Tarix: 01-09-2025 18:22 | Bölmə: Karusel

Rusiyanın “BLENE” balıqçı gəmisi Phuket sahillərində Tailand Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki gəminin şübhəli hərəkət etdiyi dəqiqləşdirilir. Bu barədə “The Thaiger” qəzeti məlumat yayıb.
Sentyabrın 1-nə keçən gecə Vanuatu bayrağı altında balıqçı gəmisində qeyri-adi aktivlik qeydə alınıb. Gəmi ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb. Nəyin şübhəli olduğu dəqiqləşdirilməyib.
Qeyd olunur ki, Phuket əyalət administrasiyası gəmidə axtarış aparıb və heç bir su canlısı, balıqçılıq aləti və ya qadağan olunmuş əşya aşkar etməyib. Sonradan məlum olub ki, gəmi Rusiyadan çıxıb və satış üçün Banqladeşə gedirmiş.
“Thaiger” qəzeti hazırda Rusiya gəmisini ölkənin ərazi sularını tərk edənə qədər izləməyə davam edir.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər