Bütün xəbərlər
Məktəbə atışma nəticəsində 2 uşaq ölüb, 17 uşaq yaralanıb
Tarix: 27-08-2025 21:47 | Bölmə: Karusel

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbində atışma nəticəsində səkkiz və on yaşlı iki uşaq ölüb, 17 nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polis rəisi Brayan O'Hara məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlər arasında 14 uşaq var, onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl CNN və ABC News telekanalları atışmada günahkar olduğu iddia edilən şəxsin intihar etdiyini bildirmişdi.
ABŞ prezidenti Donald Tramp vurğulayıb ki, Amerika rəhbərliyi vəziyyəti izləyir. Ağ Ev rəhbəri həmçinin faciə qurbanları üçün dualar oxumağa çağırıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər