Bütün xəbərlər
Zelenski Stefanişinanın Ukraynanın ABŞ-dakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb
Tarix: 27-08-2025 21:32 | Bölmə: Karusel

Kiyev rejiminin başçısı Vladimir Zelenski Olha Stefanişinanın Ukraynanın ABŞ-dakı səfiri təyin edilməsi haqqında fərman imzaladığını açıqlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Stefanişynanın yeni vəzifəyə təyin edilməsi ilə bağlı rəsmi prosedurlar başa çatıb.
"Mən indicə Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı yeni səfiri Olha Stefanişina ilə danışdım.Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım", - Zelenski yazıb.
Zelenskinin bildirdiyinə görə, Stefanişina ilə söhbət zamanı o, həmçinin Vaşinqtondakı Ukrayna səfirliyinin işinin yenilənməsi üçün əsas vəzifələri müəyyənləşdirib.
O, həmçinin Ukraynanın ABŞ-dakı keçmiş səfiri Oksana Markarovaya vəzifəsində gördüyü işlərə görə təşəkkür edib.
İyulun 17-də Kiyev rejiminin başçısı Stefanişinanın Ukraynanın Vaşinqtondakı səfiri vəzifəsinə namizədliyini irəli sürmüşdü.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər