Bütün xəbərlər
Türkiyədən gələn gəmidə ekstremist ədəbiyyat aşkar ediblər
Tarix: 27-08-2025 14:42 | Bölmə: Karusel

Novorossiysk gömrükçüləri Türkiyədən gələn gəmidə ekstremist ədəbiyyat aşkar ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, ekipaj üzvlərindən birinin şəxsi əşyaları arasında Adolf Hitlerin türkcə avtobioqrafiyası da daxil olmaqla kitablar aşkar edilib.
"Nəşr 2018-ci ildə İstanbul mətbəəsində çap olunub. Kitabın üz qabığında və içərisində fürerin fotoşəkilləri və nasist Almaniyasının simvolları təsvir olunub", - Federal Gömrük Xidməti öz Telegram kanalında bildirib.
Baqajında qadağan olunmuş ədəbiyyat aşkarlanan əcnəbinin inzibati məsuliyyətə cəlb edilərək cərimələnməsi, kitablarının isə müsadirə edilməsi nəzərdə tutulur.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub