Bütün xəbərlər
Peskov: "Rusiya münaqişəni diplomatiya yolu ilə həll etmək əzmini saxlayır"
Tarix: 27-08-2025 14:37 | Bölmə: Karusel

Rusiya Ukrayna böhranının diplomatik yollarla həll olunacağına dair qətiyyətini saxlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, münaqişənin həlli üçün Kiyevdən də sülh təşəbbüsü gəlməlidir.
“Rusiya tərəfi Ukrayna münaqişəsini sülh yolu ilə siyasi və diplomatik yollarla həll etmək əzmini saxlayır”, - Peskov bildirib.
Mətbuat katibi həmçinin qeyd edib ki, Rusiya ABŞ prezidenti Donald Trampın danışıqlarda vasitəçilik səylərini yüksək qiymətləndirir.
Daha əvvəl o, Rusiya və Ukrayna danışıqlar qruplarının yeni görüşünün dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin bu səviyyədə işlərin davam etdirilməli olduğunu bildirib.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub