Bütün xəbərlər
Ermənistan və Britaniya əlaqələri strateji tərəfdaşlığa yüksəltmək niyyətindədir
Tarix: 26-08-2025 18:06 | Bölmə: Karusel

Ermənistan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq bəyanat Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunub.
XİN-in məlumatına görə, çərşənbə axşamı, avqustun 26-da İrəvanda Ermənistan-Böyük Britaniya strateji dialoqu çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət katibi Stiven Doughty arasında görüş keçirilib.
"Tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları müzakirə ediblər", - press-relizdə deyilir.
Bundan əlavə, XİN-in məlumatına görə, tərəflər müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini və kibertəhlükəsizlik sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər.
İrəvan və London həmçinin münasibətlərin səviyyəsinin yüksəldilməsi kontekstində ikitərəfli iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub