Bütün xəbərlər
TASR: Slovakiya Ukraynanı "Drujba" qaz kəmərinə hücumdan çəkinməyə çağırır
Tarix: 26-08-2025 15:39 | Bölmə: Karusel

Slovakiyanın xarici işlər və Avropa işləri naziri Juraj Blanar Kiyevi "Drujba" neft kəmərinə hücumdan çəkinməyə çağırıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASR agentliyinin verdiyi məlumata görə, respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri ukraynalı həmkarı Andrey Sıbiha və Ukrayna baş nazirinin müavini Taras Kaçka ilə bu kəmər ətrafındakı vəziyyəti telefonla müzakirə edib.
“(Ukraynanın) "Drujba"ya hücumları təkcə Slovakiyaya deyil, həm də Ukraynaya hücumdur”, - deyə, agentlikdən sitat gətirən Blanar bildirib.
Onun fikrincə, Ukrayna hakimiyyəti Bratislava və Kiyev arasında konstruktiv yanaşmada maraqlıdır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijarto bəyan etmişdi ki, Ukrayna silahlı qüvvələrinin “Drujba” boru kəmərinə zərbələri Rusiyaya deyil, onlara zərər vurduğu üçün Macarıstan və Slovakiyaya hücuma bərabərdir.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub