Bütün xəbərlər
Məhkəmə bloqer Aleks Leslini qiyabi həbs edib
Tarix: 26-08-2025 15:08 | Bölmə: Karusel

Moskvanın Tverskoy Rayon Məhkəməsi bloqer Aleks Lesli (Aleksandr Kirillov) seksual zorakılıq işi üzrə qiyabi həbs edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi bloqqeri federal axtarışa vermişdi. Bəzi məlumatlara görə, o, xaricdə, ehtimal ki, Polşada gizlənir.
TASS xəbər verir ki, istintaq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. 2 aylıq qiyabi həbs Leslinin saxlanıldığı və ya ekstradisiya edildiyi andan başlayacaq.
Kirillov hüquq müdafiəçiləri tərəfindən dəfələrlə tənqid edilən qalmaqallı “cəzbedici təlimləri”nin müəllifi kimi tanınır.
Lesliyə qarşı cinayət işi 2025-ci il iyunun sonunda açılıb.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub