Bütün xəbərlər
Paytaxt məhkəməsi "Maş" Telegram kanalını cərimələyib
Tarix: 25-08-2025 18:24 | Bölmə: Karusel

Moskvanın Taqanski Rayon Məhkəməsi Mash Telegram kanalını media azadlığından sui-istifadə etdiyinə görə 200 min rubl cərimələyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, məhkəmə “Maş” MMC-nin baş direktoru Nadejda Klimenkonu da inzibati məsuliyyətə cəlb edib. O, media azadlığından sui-istifadədə (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.15-ci maddəsinin 9-cu hissəsi) təqsirli bilinib və 60 min rubl məbləğində cərimələnib.
Mətbuat xidməti işin təfərrüatlarını açıqlamayıb.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub