Bütün xəbərlər
İstirahət mərkəzində 3 böyük və 25 uşaq zəhərlənib
Tarix: 25-08-2025 18:22 | Bölmə: Karusel

Ehtimallara görə, Dərbənd rayonunda yerləşən “Rubas” istirahət mərkəzində qidadan zəhərlənmə baş verib, 28 nəfər xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində 17-si uşaq olmaqla 19 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım maşınının və Rospotrebnadzorun mütəxəssislərinin getdiyi bildirilir.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub