Bütün xəbərlər
Türkiyə rəsmiləri Bosfor boğazında itən rus üzgüçü ilə bağlı araşdırma aparır
Tarix: 25-08-2025 18:00 | Bölmə: Karusel

Bosfor boğazında üzgüçülükdə iştirak edən rusiyalı üzgüçü Nikolay Sveçnikovun Türkiyədə yoxa çıxması ilə bağlı araşdırma aparılır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Sveçnikov avqustun 24-də Bosfor boğazında ənənəvi qitələrarası üzgüçülük zamanı itkin düşüb.
"Hadisədən sonra sahil mühafizəsi əməkdaşları marşrutun ərazisində və Boğaziçi boyunca axtarış-xilasetmə əməliyyatlarına başlayıb, lakin sözügedən şəxsin izlərinə rast gəlinməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir", - RİA Novosti xəbər verir.
Rusiyanın İstanbuldakı Baş Konsulluğu hadisə ilə bağlı Sveçnikovun yaxınlarına məlumat verildiyini bildirib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub