Bütün xəbərlər
İtkin düşən rus turistin meyiti tapılıb
Tarix: 21-08-2025 17:04 | Bölmə: Karusel

Tailandda xilasedicilər daha əvvəl Phuketdə Andaman dənizində çimərkən yoxa çıxan 35 yaşlı Rusiya vətəndaşının cəsədini tapıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən TASS agentliyi məlumat yayıb. Qeyd olunur ki, itkin düşən rusiyalının meyitinin tapılması barədə məlumat alan hüquq-mühafizə orqanlarının əməkdaşları fövqəladə hadisə yerinə gedib və orada həyat əlaməti olmayan Denis Konenkovu aşkar ediblər.
Cümə axşamı səhər saatlarında turistin avqustun 21-nə keçən gecə adanın şimal hissəsindəki Naithon Beach yaxınlığında çimərkən itkin düşdüyü, qaranlıq və güclü dalğalar səbəbindən axtarış əməliyyatı səhərə qədər təxirə salınıb.
Rusiya Federasiyasının Baş Konsulluğu Konenkovun yoxa çıxması ilə bağlı məlumatı təsdiqləyib.
Hazırda adanın qərb sahilində yerləşən Phuket çimərliklərində qırmızı bayraqlar quraşdırılıb - dənizdə üzmənin yüksək təhlükəsi barədə xəbərdarlıq. May-oktyabr aylarında Phuket dənizdə üzgüçülərin həyatı üçün təhlükə yaradan tropik leysanlar və yüksək dalğalar yaşayır.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub