Bütün xəbərlər
AFP: Putin Zelenski ilə Moskvada görüşməyi təklif edib
Tarix: 19-08-2025 20:00 | Bölmə: Karusel

AFP xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə Moskvada görüşməyi təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Agence France-Presse"in məlumatına görə, Rusiya lideri amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib və görüşün Moskvada keçirilməsini təklif edib. Lakin Kiyev rejiminin rəhbəri Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifindən imtina edib.
AFP-dəki mənbənin məlumatına görə, Rusiya prezidenti öz təklifini dünən, avqustun 18-də Ağ Evdə Trampla danışarkən səsləndirib və Zelenski dərhal “yox” cavabını verib. Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı Trampın Avropa dövlətlərinin liderləri ilə danışıqları arasında fasilə zamanı baş tutub.
Kiyev də öz növbəsində heç bir ilkin şərt olmadan Rusiya nümayəndələri ilə görüşməyə hazır olduğunu bəyan edib. Xüsusilə, Ukrayna Moskva ilə gələcək qarşılıqlı fəaliyyət üçün şərt kimi atəşkəs tələbini irəli sürmür.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər