Bütün xəbərlər
Müstəntiqlər həmin şəxsin dövlətə xəyanət maddəsi ilə həbs olunmasını xahiş edirlər
Tarix: 19-08-2025 11:52 | Bölmə: Karusel

Moskvanın Meşçanski Məhkəməsinə istintaqdan Paramonov adlı vətəndaşın həbsi barədə vəsatət daxil olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə ittiham olunur.
RİA Novosti iş materiallarına istinadən xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı material bazar ertəsi məhkəməyə daxil olub. Təqsirləndirilən şəxsin kimliyi və cinayət işinin mahiyyəti məxfilik dərəcəsinə görə açıqlanmır.
"Paramonov D.V. barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material qeydə alınıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi", - cinayət işinin materiallarında deyilir.
Bu maddəyə əsasən, müttəhimi ömürlük həbsə qədər cəza gözləyir.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər