Bütün xəbərlər
Xəzər rayonunda beşmərtəbəli binada yanğın: 15 nəfər təxliyə olunub
Tarix: 27-03-2019 08:36 | Bölmə: Karusel



Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər