14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Moldova polisi “Pobeda” blokunun etirazı zamanı 69 nəfərin saxlanıldığını bildirib
Tarix: 17-08-2025 14:46 | Bölmə: Karusel

Avqustun 16-da Kişinyovda müxalif “Pobeda” blokunun etiraz aksiyası zamanı 69 nəfər saxlanılıb. Bu barədə Moldova polisi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  nümayişçilər Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun, eləcə də digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
"69 iştirakçı polis bölmələrinə aparılıb", - idarənin Telegram kanalında 148 qayda pozuntusu protokolunun tərtib edildiyi bildirilir.
Bundan əlavə, polis etirazçılardan onlarla çadır, yataq çantaları və döşəkləri götürüb.
Daha əvvəl bildirilmişdi ki, ümumilikdə 150-dən çox adam, o cümlədən qocalar saxlanılıb. Saxlanılanlara 1500-5000 ley (6000-23000 rus rublu) qədər cərimə kəsilib.
O da məlum olub ki, Moldova polisi və karabinyerlər Kişinyovun mərkəzində müxalifətin mitinq iştirakçılarının qurduqları çadır şəhərciyi vəhşicəsinə dağıdıblar.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər