14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
RPL-in 5-ci turunda "Spartak" və "Zenit" bərabərə qalıb
Tarix: 16-08-2025 21:05 | Bölmə: Karusel

Rusiya Premyer Liqasının 5-ci turunda "Spartak" və "Zenit" bərabərə qalıb. "Lukoyl Arena" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  moskvalıların qollarını Markinyos (18-ci dəqiqə) və Qedson Fernandes (39) vurub. "Zenit"in qollarını Mateo Kassierra (14) və Aleksandr Sobolev (63) vurub.
52-ci dəqiqədən Sankt-Peterburq təmsilçisi aşağı adamla oynadı - Duqlas Santos ikinci sarı vərəqə alaraq meydandan qovulub.
5 turdan sonra "Spartak"ın 5, "Zenit"in 6 xalı var.
Daha əvvəl bildirilmişdi ki, "Zenit"in bu oyun üçün start heyətində Rusiyada doğulmamış 10 kənar oyunçu yer alır.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər