14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Komliçenko “Lokomotiv”ə “Baltika” ilə RPL matçında məğlubiyyətdən yayınmağa kömək edib
Tarix: 16-08-2025 19:13 | Bölmə: Karusel

Rusiya Premyer Liqasının (RPL) 5-ci turunun oyununda 1:1 hesabı ilə oynayan “Baltika” və “Lokomotiv” xalları bölüşdürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  3-cü dəqiqədə Brayan Gil Baltikanı hesabda irəli çıxarıb. Lakin final fitinə 10 dəqiqə qalmış Nikolay Komliçenko komandasının uduzmasının qarşısını alaraq hesabı bərabərləşdirib.
Bu nəticədən sonra 13 xalla "Lokomotiv" turnir cədvəlinin ilk pilləsini qoruyub. 9 xalı olan "Baltika" ikinci yerdədir.
Avqustun 13-də futbol üzrə Rusiya kubokunun RPL yolunun qrup mərhələsinin ikinci turu çərçivəsində Moskva “Lokomotiv”i doğma meydanda “Kalininqrad “Baltika”sına qalib gəlib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər