Bütün xəbərlər
"Flightradar": Rusiyanın "Tu-214PU" təyyarəsi Maqadandan Ankoriçə havaya qalxdı
Tarix: 15-08-2025 20:30 | Bölmə: Karusel

Rusiyanın Tu-214PU təyyarəsi Maqadandan ABŞ-ın Ankoric şəhərinə uçub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu "Flightradar" məlumatları sübut edir.
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüşün cümə günü Moskva vaxtı ilə saat 22:00-da Elmendorf-Riçardson Amerika hərbi bazası ərazisində başlaması planlaşdırılır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Tramp Rusiya liderini bu gün hava limanında qarşılayacaq. O, həmçinin qeyd edib ki, danışıqlar prosesi bütövlükdə yeddi saata qədər çəkə bilər.
Görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb