Bütün xəbərlər
Partlayış baş verən əraziyə əlavə 100 xilasedici göndərilib
Tarix: 15-08-2025 19:33 | Bölmə: Karusel

Fövqəladə Hallar Nazirliyi Ryazan vilayətindəki “Elastik” zavodunda partlayış baş verən əraziyə 100 nəfərlik əlavə xilasedicilər qrupu göndərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Tsentrospas” aviasiya bölməsinin və Noginsk xilasetmə mərkəzinin xilasediciləri, həmçinin altı kinoloji briqada və 10 texnika Ryazana gələcək.
Zavodda partlayış avqustun 15-də səhər saatlarında baş verib. İlkin məlumatlara görə, 5 nəfər ölüb, yüzdən çox insan yaralanıb. Şəhərdə bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan edilib.
Bundan əvvəl hadisə yerində 70 mütəxəssis və 28 xüsusi texnikanın çalışdığı bildirilirdi.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb