Bütün xəbərlər
Lukaşenko Tramp və ailəsini Belarusa dəvət edib
Tarix: 15-08-2025 19:17 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampı ailəsi ilə birlikdə Minskə səfərə dəvət edib. Dəvət qəbul olundu.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dəvət avqustun 15-də dövlət başçıları arasında telefon danışığı zamanı səsləndirilib.
“Belarus prezidenti Donald Trampı ailəsi ilə birlikdə Minskə dəvət edib və bu dəvət qəbul edilib”, - nəşr yazır.
Bundan əvvəl Lukaşenko ilə telefon danışığından sonra Tramp gələcəkdə onunla görüşməyi səbirsizliklə gözlədiyini bildirmişdi. O, həmçinin bildirib ki, respublika rəhbəri ilə Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü və 1300 məhbusun azadlığa buraxılmasını müzakirə edib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb