Bütün xəbərlər
Hakimin qətlində şübhəli bilinən şəxs 2 ay müddətinə həbs edilib
Tarix: 15-08-2025 19:11 | Bölmə: Karusel

Volqoqradın Mərkəzi Rayon Məhkəməsi Kamışində törədilmiş federal hakimin qətlində şübhəli bilinən şəxsi iki ay müddətinə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Volqoqrad vilayətinin prokurorunun böyük köməkçisi Oksana Çeredininanın TASS-a verdiyi məlumata görə, şübhəli şəxs 2025-ci il oktyabrın 14-dək həbs edilib.
Ötən gün axşam saatlarında hakimin bıçaq və güllə yaraları olan meyiti Kamışin Şəhər Məhkəməsinin binası yaxınlığında tapılıb. Saxlanılan şəxsə qarşı xüsusi amansızlıqla törədilmiş adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə cinayət işi açılıb.
Şübhəli şəxs günahını etiraf edib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb