Bütün xəbərlər
“Sərhədsiz Reportyorlar” və "Qrup 36" Rusiya Federasiyasında arzuolunmaz hesab edilir
Tarix: 14-08-2025 20:59 | Bölmə: Karusel

Rusiya Ədliyyə Nazirliyi “Sərhədsiz reportyorlar” beynəlxalq qeyri-hökumət təşkilatını və “Qrup 36” qeyri-kommersiya korporasiyasını Rusiya Federasiyası ərazisində fəaliyyəti arzuolunmaz olan xarici təşkilatların siyahısına əlavə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “Sərhədsiz Reportyorlar” qeyri-hökumət təşkilatı Fransada yerləşir. "Qrup 36" Nyu-Yorkun Sauthempton şəhərində qeydə alınıb.
"Qrup 36 ("Qrup 36") (ABŞ). Sərhədsiz Reportyorlar (RSF), ("Sərhədsiz Reportyorlar"), Fransa", Ədliyyə Nazirliyinin yenilənmiş siyahısında qeyd olunub.
“Sərhədsiz Reportyorlar” təşkilatın saytındakı məlumatdan belə çıxır ki, senzuraya qarşı mübarizə, eləcə də peşə fəaliyyətlərinə görə həbsdə olan jurnalistlərin müdafiəsi ilə məşğuldur.
"Qrup 36" təşkilati konsaltinq, qrantların idarə edilməsi və maliyyə sponsorluğu sahələrində fondlara və QHT-lərə dəstək verən korporasiya kimi özünü göstərir.
2024-cü ilin aprelində Roskomnadzor Sərhədsiz Reportyorlar Təşkilatının saytına girişi məhdudlaşdırdı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb