Bütün xəbərlər
Tennisçi Rosenkrantz setlər arasında duş qəbul etdiyi üçün diskvalifikasiya edilib
Tarix: 13-08-2025 21:12 | Bölmə: Karusel

Almaniyalı tennisçi Mats Rosenkrantz Yunanıstanın Hersonissos şəhərində keçirilən Challenger tennis turnirində set qazandıqdan sonra duş qəbul etdiyi üçün diskvalifikasiya edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Quindici Zero məlumat yayıb.
Alman tennisçi ilk setdə 7:5 hesabı ilə qalib gəlib, sonra duş qəbul etmək üçün kortdan çıxıb. Qayıdandan sonra Rosenkrantz texniki məğlubiyyətə layiq görüldü, çünki belə fasilələr yalnız Böyük Dəbilqə turnirlərində verilir. İdmançının sözlərinə görə, bunun reqlamentlə qadağan olunduğunu bilməyib.
Almanın rəqibi 1/4 finalda çıxış edəcəyi turnirin növbəti mərhələsinə yüksəlib.
Əvvəllər bildirilmişdi ki, noyabrda keçiriləcək ATP 250 tennis turniri Belqradda deyil, Afinada keçiriləcək. İdmançılar Panathinaikos Basketball Club Arenada qarşılaşacaqlar. Yarış noyabrın 2-dən 8-dək davam edəcək.Turnir 1994-cü ildən bəri ilk dəfə Afinada keçiriləcək.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
10-08-2025, 18:14 Direktor boğularaq ölüb