Bütün xəbərlər
BOK Alyaskada Putin və Trampın görüşünü izləyəcəyini bildirib
Tarix: 12-08-2025 21:10 | Bölmə: Karusel

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada aparılan danışıqlara nəzarət edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BOK-un mətbuat xidmətinə istinadən “VseProSport” nəşri məlumat yayıb.
Rusiya və Amerika prezidentlərinin görüşü avqustun 15-də baş tutacaq.
"Biz bütün hadisələri, o cümlədən Rusiya və Belarus idmançılarının statusu ilə bağlı sonrakı hərəkətlər kontekstində monitorinq edirik", - BOK bildirib.
Bundan əvvəl politoloq Konstantin Bloxin bildirmişdi ki, Putinlə Trampın Alyaskadakı görüşü təkcə danışıqlar aparan ölkələr üçün deyil, bütövlükdə dünya siyasəti üçün tarixi hadisə olacaq.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər