Bütün xəbərlər
5 nəfərin ölümünə səbəb olan iş adamına hökm oxudu
Tarix: 11-08-2025 17:37 | Bölmə: Karusel

Məhkəmə 5 nəfərin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərini pozduğuna görə rostovlu iş adamını iki il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Rostov vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.
Faciə 2024-cü ildə baş verib. Avtomobillər üçün aksessuarlar istehsalı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı təlim və təlimatdan keçməmiş mütəxəssisləri işə buraxıb.
Mütəxəssislər metal kəsərkən yanar mayenin olduğu açıq qabın üzərinə qığılcımlar düşüb. Nəticədə yanğın baş verib. Otaqda olan işçilər aldıqları yanıqlardan dünyasını dəyişib.
Sahibkar əməyin mühafizəsi və təhlükəsizlik standartlarına əməl olunmasına görə məsuliyyət daşıyırdı. O, təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər