18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Dəmiryolunu yandırmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarını öldürüb və yaralayıb
Tarix: 10-08-2025 22:24 | Bölmə: Karusel

Arxangelsk vilayətinin Konoşa kəndində hüquq-mühafizə orqanlarının əməkdaşları dəmiryol vağzalında texnikanın yandırılmasında şübhəli bilinən şəxsin evində axtarış aparmağa gəliblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şübhəli şəxs müqavimət göstərərək polisə atəş açıb.
Kişi ən azı iki atəş açmağı bacarıb. O, hüquq-mühafizə orqanlarının bir əməkdaşını güllələyib, digərini isə ayağından yaralayıb. Faktla bağlı cinayət işi açılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidmətinin məlumatına görə, avqustun 10-da 3 polis əməkdaşı 47 yaşlı şübhəlinin evinə gedib.
Hazırda polis əməkdaşlarına atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.
“İstintaq həbs edilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək”, - məlumatda deyilir.
Şübhəlini ömürlük həbs cəzası gözləyə bilər.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər