18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Kamçatkada 5,0 bal gücündə zəlzələ qeydə alınıb
Tarix: 10-08-2025 17:47 | Bölmə: Karusel

Kamçatkada 5,0 bal gücündə daha bir zəlzələ baş verib, RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsindən bildirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  zəlzələ avqustun 10-da Petropavlovsk-Kamçatskidən 158 kilometr aralıda, 43,8 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, iyulun 30-da 1952-ci ildən bəri ən güclü zəlzələ Kamçatkada 8,8 bal gücündə, ardınca isə 5 bal gücündə silsilə təkanlar baş verib.Kamçatkada və Severo-Kurilski rayonunda dalğaların hündürlüyü 5-6 metrə çatan sunami təhlükəsi elan edilib. Petropavlovsk-Kamçatskidə fövqəladə vəziyyət elan edilib, xidmət və idarələrin işini əlaqələndirmək üçün operativ qərargah yaradılıb.
Roskosmos peykləri Klyuçevskaya Sopka vulkanının püskürməsini izləməyə davam edir. Agentliyin Telegram kanalında yayımlanan fotolarda termal ləkə və tüstü tüstü açıq şəkildə görünür.
Fövqəladə Hallar Nazirliyi həmçinin vulkanda 10 kilometr hündürlüyə qədər kül emissiyasının qeydə alındığını bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər