18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Türk Hava Yollarına məxsus təyyarə qulaqcıqlara görə təcili eniş edib
Tarix: 10-08-2025 17:12 | Bölmə: Karusel

Türk Hava Yollarına məxsus TK2225 reysi sərnişinlərdən birinin naqilsiz qulaqcıqlarının alovlanmasından sonra Ankarada məcburi eniş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə “HavaSosyalMedya” aviasiya portalı məlumat yayıb.
Qaziantepdən İstanbula uçan təyyarə havaya qalxdıqdan 47 dəqiqə sonra marşrutunu dəyişərək paytaxt hava limanına enib.
“Sərnişinin simsiz qulaqcıqlarının akkumulyatorunun alışmasından sonra ekipaj təyyarəni Ankara hava limanına endirmək qərarına gəlib”, - məlumatda deyilir.
İki sərnişin - qulaqcıqların sahibi və yanğın başlayanda panikaya düşən digər şəxs tibbi müayinə və təhlükəsizlik yoxlaması üçün reysdən çıxarılıb. Hadisədən sonra təyyarə yoluna davam edərək İstanbula gec çatıb.
Bundan əvvəl Türk Hava Yolları çıxarılmayan litium akkumulyatorlu “ağıllı” çamadanların daşınmasına qadağa qoyub, Pegasus Hava Yolları isə uçuş zamanı enerji banklarından istifadəyə məhdudiyyətlər qoyub.
Avqustun 7-də məlum olub ki, daha əvvəl Moskva-Soçi reysi zamanı Həştərxanda məcburi eniş etmiş Ural Hava Yollarına məxsus "Airbus A321" təyyarəsinin baqaj hissəsində tüstü izləri aşkarlanıb.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər