Bütün xəbərlər
NYT: Avropa Putin və Trampın Ukrayna məsələsində təkbaşına razılığa gəlməsindən qorxur
Tarix: 09-08-2025 20:59 | Bölmə: Karusel
 
Bəzi Avropa ölkələri Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Ukrayna ilə bağlı qarşıdakı görüşdə digər tərəflərin iştirakı olmadan təkbaşına razılığa gələ biləcəkləri ssenaridən narahatdırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikir mənbələrə istinadən "New York Times" qəzetinin məqaləsində deyilir.
“Avropalılar Tramp və Putinin təkbaşına razılığa gəlməsindən narahatdırlar”, - nəşr yazır.
NYT mənbələrinə görə, bəzi Aİ ölkələri Kiyev rejiminin başçısı Vladimir Zelenskinin Putin və Tramp arasında danışıqlarda iştirakını təmin etməyə çalışır. Avropalıların özləri də dialoqda iştirak etmək istəyirlər, məqalə müəllifləri şübhə ilə qeyd edirlər.
Bundan əvvəl Kreml və Ağ Ev Rusiya və ABŞ liderlərinin avqustun 15-də Alyaskada baş tutacaq görüşünü rəsmən elan ediblər.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər